Fransanın dağlıq ərazisində qar uçqunu nəticəsində 3 turist ölüb

Fransanın dağlıq ərazisində qar uçqunu nəticəsində 3 turist ölüb Turistlərin meyiti Dan-de-Krol və Qran Som dağlarının yamacından tapılıb
Digər ölkələr
3 Dekabr , 2017 18:59
Fransanın dağlıq ərazisində qar uçqunu nəticəsində 3 turist ölüb

Bakı. 3 dekabr. REPORT.AZ/ Fransanın cənub-şərqində yerləşən İzer departamentinin dağlıq ərazilərində qar uçqunu nəticəsində üç turist ölüb.

“Report” xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Dan-de-Krol dağında xizək gəzintisinə çıxan turistlərdən birincisinin axtarışı dekabrın 2-dən, onun həyat yoldaşının dağ jandarmasına məlumat verməsindən sonra aparılıb. Bazar günü səhər o, dağın ətəyində qarın altından tapılıb.

Digər iki turistin meyiti Qran Som dağının ətəyində aşkar edilib. Onların ölümünə də qar uçqunu səbəb olub.

Son xəbərlər

Orphus sistemi