Yuxarı

Fransanın cənub-qərbində miqrantlara qarşı nümayiş keçirilib

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib

Bakı. 16 noyabr. REPORT.AZ/ Fransanın cənub-qərbində Brötan əyalətinin Pontivy qəsəbəsində ultrasağçı Adsav qrupunun üzvləri miqrantlara qarşı nümayiş keçiriblər. Nümayişçilər miqrantlara və xaricilərə qarşı “onları öldürəcəyik, onlara burada yer yoxdur” şüarlarını səsləndiriblər.

İki yüzə yaxın ultrasağçı ilə bu nümayişin əleyhinə olan qrup arasında toqquşma baş verib. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi