Fransanın baş naziri istefa verdi

Fransanın baş naziri istefa verdi Prezident Emmanuel Makron onun istefa ərizəsini qəbul edib
Digər ölkələr
3 İyul , 2020 11:58
Fransanın baş naziri istefa verdi
Eduard Filipp
0 : 00
0 : 00

Fransanın baş naziri Eduard Filipp iyulun 3-də istefa verib.

“Report” TASS-a istinadən bildirir ki, məlumatı Yelisey sarayı yayıb.

Fransa Prezidenti Emmanuel Makron onun istefa ərizəsini qəbul edib.

Xatırladaq ki, 49 yaşlı Eduard Filipp 2017-ci il mayın 15-dən hökumət başçısı vəzifəsində işləyirdi.

O, iyunun 28-də Qavr şəhərinin meri seçilib. Bir müddət əvvəl qalib gələcəyi halda mer işləməyəcəyini bildirmişdi.

Qeyd edək ki, Fransa KİV-i prezident Emmanuel Makronla Eduard Filipp arasında fikir ayrılığının olduğu barədə məlumat yaymışdı. İyulun 2-də Fransa prezidenti koronavirus pandemiyasından sonra ölkədə bərpa işləri fonunda hökumətdə yerdəyişmə edəcəyini açıqlamışdı. 

Son xəbərlər

Orphus sistemi