Yuxarı

Fransanın baş naziri: "Fövqəladə vəziyyət rejimi uzadıla bilər"

Fransada fövqəladə vəziyyət noyabrın 13-də Parisdə baş verən terror hücumlarından sonra üç ay müddətinə tətbiq olunub

Bakı. 1 dekabr. REPORT.AZ/ Fransada üç ay müddətinə tətbiq olunan fövqəladə vəziyyətin müddəti uzadıla bilər. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Fransanın baş naziri Manuel Vals verib.

"Biz terror təhlükəsinə uyğun olaraq hərəkət edəcəyik. Heç bir variantı istisna etmirəm", - o, "Europe 1" radiosunun efirində bildirib.

Qeyd edək ki, Fransada fövqəladə vəziyyət noyabrın 13-də Parisdə baş verən terror hücumlarından sonra üç ay müddətinə - fevralın 26-na qədər olmaqla tətbiq olunub. Parlament hökumət rəhbərliyinin bu təklifinə yekdilliklə tərəf çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi