Fransanın "Air France" Aviaşirkətinin pilotları bu gün tətilə başlayacaq

Fransanın "Air France" Aviaşirkətinin pilotları bu gün tətilə başlayacaq Tətilin iyunun 11-dən 14-dək davam edəcəyi gözlənilir
Digər ölkələr
11 İyun , 2016 09:15
Fransanın Air France Aviaşirkətinin pilotları bu gün tətilə başlayacaq

Bakı. 11 iyun. REPORT.AZ/ Fransanın "Air France" Aviaşirkətinin pilotları bu gün tətilə başlayacaq. "Report" xəbər verir ki, aviaşirkətin pilotları ödəmələrin bir hissəsinin azaldılmasına qarşı çıxış edəcəklər.

Tətilin iyunun 11-dən 14-dək davam edəcəyi gözlənilir. Aviaşirkətin rəhbəri Frederik Qajenin sözlərinə görə, tətilin ilk günündə pilotların 25 faizi iştirak edəcək.

Xatırladaq ki, bir neçə ay əvvəl Fransa hökuməti əmək qanunvericiliyində islahatlar haqqında qanun layihəsini qəbul edib.

İslahat Fransada sahibkarlara iş gününün müddətini artırmağa, müəssisələrdə işçilərin işdən azad edilməsi prosedurunu asanlaşdırmağa şərait yaradır.

Artıq üçüncü aydır ölkədə narazılıq və etiraz aksiyaları səngimir. Bu günə kimi tələbələr, pensiyaçılar, Neft Emalı Zavodunun əməkdaşları, dəmiryolçular, kommunal xidmət sahələrində çalışanlar tətil ediblər.

Son xəbərlər

Orphus sistemi