Fransalı professor: “Azərbaycanda bütün əsrlərə aid abidələrə rast gəldim"

Fransalı professor: “Azərbaycanda bütün əsrlərə aid abidələrə rast gəldim" “Azərbaycan zəngin tarixi-mədəni irsə malikdir. Səyahətim zamanı, demək olar ki, bütün əsrlərə aid abidələrə rast gəldim. Bu qədim abidələr ölkənin zəngin tarixi, qədim mədəniyyətini tərənnüm etdirməklə yanaşı, multikulturalizmin tarixinin qədimliyini nümayiş etdirir”.
Digər ölkələr
11 Sentyabr , 2019 15:19
Fransalı professor: “Azərbaycanda bütün əsrlərə aid abidələrə rast gəldim

“Azərbaycan zəngin tarixi-mədəni irsə malikdir. Səyahətim zamanı, demək olar ki, bütün əsrlərə aid abidələrə rast gəldim. Bu qədim abidələr ölkənin zəngin tarixi, qədim mədəniyyətini tərənnüm etdirməklə yanaşı, multikulturalizmin tarixinin qədimliyini nümayiş etdirir”.

Bunu “Report“un Fransa bürosuna Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə bu ilin iyun ayında Azərbaycana səfər edən Paris-Sen Universitetinin siyasi elmlər və kommunikasiya üzrə professoru Frederik Treffel deyib.

Ölkənin füsunkar təbiətinə də toxunan professor Azərbaycanı ziddiyyətlər diyarı adlandırıb: “Azərbaycanda hər cür mənzərəyə rast gəldim. Səfərim zamanı həm dağlıq ərazi, həm dəniz, meşə, yaşıllıq gördüm. Azərbaycanda hər cür mənzərəyə rast gəlmək olur. Şəhərlərin inkişaf etməsinə baxmayaraq, yaşıllıq böyük qayğı ilə qorunur. Xüsusilə ölkənin paytaxtı yaşıllığı çox olan bir şəhərdir. İnsanların gəzintidən zövq aldıqlarını müşahidə etdim.“

Professorun diqqətini çəkən özəlliklərdən biri də qadın hüquqları və onların cəmiyyətdə rolu olub. Frederik Treffel Azərbaycanda gördükləri əsasında radioda Azərbaycanda islam mövzusunda veriliş hazırlayacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi