Yuxarı
    Bağlamaq

    Fransalı jurnalistlər Marin Le Penin bu axşam keçiriləcək bayram mərasimini boykot edib

    Bir sıra fransız və xarici jurnalistlər «yerlərin məhdud olması» səbəbindən akkreditasiya oluna bilməyiblər© Courtesy İmage

    Paris. 7 may. REPORT.AZ/ Fransalı jurnalistlər Milli Cəbhənin lideri, prezident seçkilərinin II turuna namizəd Marin Le Penin bu axşam keçiriləcək bayram mərasimini boykot edib.

    "Report"un Fransa bürosu xəbər verir ki, Milli Cəbhənin lideri, Marin Le Penin bu axşam Fransada prezident seçkiləri bitdikdən sonra keçiriləcək bayram mərasiminə bir sıra fransız və xarici jurnalistlər «yerlərin məhdud olması» səbəbindən mərasimə akkreditasiya oluna bilməyiblər.

    Bunu «azadlığa əngəl» və demokratiyaya tamamilə zidd hərəkət adlandıran media nümayəndələri Twitter vasitəsilə öz həmkarlarına müraciət edərək bayram mərasimini boykot etməyə dəvət ediblər. 

    Həmrəylik hərəkatına qoşulanlar arasında Fransanın çox oxunulan «Libération» qəzeti, "TMC" kanalı ilə yayımlanan «Quotidien» verilişinin tanınmış aparıcısı və digər jurnalistlər var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi