Fransada zavodda olan 40-dan çox yeni avtomobil yanıb

Digər ölkələr
  • 13 fevral, 2023
  • 01:16
Fransada zavodda olan 40-dan çox yeni avtomobil yanıb

Fransanın şimalındakı Saşo kommunasında yerləşən “Stellantis” avtomobil zavodunda 40-dan çox avtomobil yanıb.

“Report” xəbər verir ki, bu barədə “France Press” nəşri yazıb.

Qeyd olunub ki, yanğın nəticəsində ümumilikdə 52 avtomobilə ziyan dəyib, onlardan 42-si tamamilə yanıb. Bunlar yeni istehsal olunan “Peugeot 3008” və “Peugeot 5008” markalı avtomobillərdir.

“Stellantis” avtomobil zavodunun yaydığı bəyanata görə, müəssisənin ərazisinə bir və ya bir neçə şəxs daxil olub: “Onların niyyətlərinin nə olduğunu bilmirik”.