Yuxarı
    Bağlamaq

    Fransada Yeni il gecəsində 650 avtomobilin yandırılmasına görə 454 nəfər saxlanılıb

    Fransa DİN: Bu fenomen, nə qədər də qəbuledilməz olsa da, mövcud olmaqda davam edir

    Bakı. 2 yanvar. REPORT.AZ/ Fransada Yeni il gecəsi yenidən bir çox xoşagəlməz hadisələr baş verib.

    "Report" "TASS" a istinadən xəbər verir ki, bu, cinayətkarlar tərəfindən avtomobillərin yandırılmasıyla bağlıdır.

    Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, bir gecə ərzində ümumilikdə 650 maşın yandırılıb.

    "Bu ildə növbəti dəfə yandırılmış avtomobillərin miqdarı göstərir ki, bu fenomen, nə qədər də qəbuledilməz olsa da, mövcud olmaqda davam edir. 650 maşın yandırılıb, ötən il bu rəqəm 602 idi", - deyə Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir.

    Bununla belə, nazirlik vurğulayıb ki, bu xoşagəlməz tendensiya bütovlükdə azalmağa doğru gedir. "Son beş ildə yandırılmış avtomobillərin miqdarı 20 faiz azalıb", - deyə nazirlikdən bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi