Yuxarı

Fransada üç günlük matəm elan olunub

Nitsada törədilən terror aktı ilə əlaqədar Fransada iyulun 16-dan 18-dək matəm elan edilib

Bakı. 15 iyul. REPORT.AZ/ Nitsada törədilən terror aktı ilə əlaqədar Fransada üç günlük matəm elan olunub.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Bernar Kaznöv bildirib.

O, matəm günlərinin iyulun 16-dan 18-dək olacağını da əlavə edib.

Xatırladaq ki, iyulun 14-də gecə saatlarında yük maşını sürücüsu Bastiliya qalasının alınması münasibətilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamın olduğu əraziyə daxil olaraq onların üstündən keçib. Şahidlərin ifadələrinə görə, yük maşını dayanmadan, ziqzaqvari hərəkətlərlərlə daha çox insana xəsarət yetirməyə çalışıb. Yük maşınının təxminən 2 km məsafədə qarşısına çıxanı vurduğu söylənilir. Hücum edən şəxs atəş də açıb. O, polis tərəfindən zərərsizləşdirilib.

Hadisə nəticəsində 84 nəfər həlak olub, onlarla insan yaralanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi