​Fransada təyyarə qəzası qurbanları qalıqlarının təxliyəsi başa çatıb

​Fransada təyyarə qəzası qurbanları qalıqlarının təxliyəsi başa çatıb "Qəza zonasında daha cəsəd yoxdur"
Digər ölkələr
1 Aprel , 2015 00:25
​Fransada təyyarə qəzası qurbanları qalıqlarının təxliyəsi başa çatıb

Bakı. 1 aprel. REPORT.AZ/ Fransanın Alp dağları ərazisində qəzaya uğrayan "Germanwings" aviaşirkətinə məxsus "A320" təyyarəsi sərnişinlərinin qalıqlarının axtarışı və toplanması üzrə əməliyyatlar başa çatdırılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, çərşənbə axşamı yerli jandarmeriyanın nümayəndəsi informasiyanı təsdiqləyib.

"Qəza zonasında daha cəsəd yoxdur. Çərşənbə günü iyirmi hərbçidən ibarət Alp atıcısı ölənlərin şəxsi əşyalarını toplamaq üçün xilasedici komanda ilə dağlara qalxacaq", - deyə jandarmeriyanın podpolkovniki Jan-Mark Menikini bildirib.

O bildirib ki, təyyarədə olan ikinci "qara qutu"nun axtarışları hələ ki bir nəticə vermir.

Son xəbərlər

Orphus sistemi