Fransada təyyarə qəzası nəticəsində iki pilot ölüb

Fransada təyyarə qəzası nəticəsində iki pilot ölüb Bakı. 11 yanvar. REPORT.AZ/ Fransanın şərq hissəsində qəzaya uğramış Mirage 2000D tipli qırıcının hər iki pilotu ölüb.
Digər ölkələr
11 Yanvar , 2019 05:12
Fransada təyyarə qəzası nəticəsində iki pilot ölüb

Bakı. 11 yanvar. REPORT.AZ/ Fransanın şərq hissəsində qəzaya uğramış "Mirage 2000D" tipli qırıcının hər iki pilotu ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Florans Parli deyib.

Qırıcı ilə əlaqə çərşənbə günü gündüz, o, Yura dağ massivi üzərindən uçan zaman itib. Sonradan təyyarənin qalıqları və təyyarəçilərdən birinin paraşütü aşkar edilib.

Müdafiə Nazirliyi hər iki pilotun - kapitan Batista Şirye və qadın leytenant Odri Mişlonun öldüyünü təsdiq edib.

Son xəbərlər

Orphus sistemi