Bakı. 9 yanvar. REPORT.AZ/ Fransa hüquq-mühafizə orqanları ölkənin cənub-şərqində girov götürülən qadının xilas edilməsi məqsədi ilə əməliyyat keçirib.
"Report"un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı terror aktını törətməkdə şübhəli bilinən Şərif və Səid Kuaşi qardaşları öldürülüb, qadın girov xilas edilib.
Xatırladaq ki, yanvarın 7-də Parisdə "Charlie Hebdo" həftəlik satirik jurnalının redaksiyasına hücum nəticəsində 12 nəfər həlak olub, 11 nəfər yaralanıb.
Fransa prezidenti Fransua Olland baş verən terror aktı nəticəsində ölənlərin xatirəsinə üçgünlük matəm elan edib.
Dünən, yanvarın 8-də matəmlə əlaqədar olaraq Fransanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib və qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.