Fransada koronavirusdan ölənlərin ümumi sayı 3 min nəfəri ötüb.
“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, son bir gün ərzində ölkədə 400-dən çox insan koronavirusun qurbanı olub.
“Ötən gün ərzində Fransada 400-dən çox insan COVID-19-dan öldülər, ölüm hadisələrinin sayı 3 mini ötdü”, - deyə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon keçirdiyi mətbuat konfransında bildirib.
"Martın 1-dən 3 024 ölüm qeydə alınıb, 418 insan son gün ərzində öldülər", - o deyib. Salomonun sözlərinə görə, xəstəxanalalara 21 mindən çox koronavirus xəstəsi yerləşdirilib, 5 mindən çox insan reanimasiyadadır.
"Bu çox ciddi epidemiyadır, hansı ki, ölkədə yayılmaqda davam edir", - Jerom Salomon əlavə edib.