Fransada Rusiya təbii qazının əvəzedicisi tapılıb

Fransada Rusiya təbii qazının əvəzedicisi tapılıb Fransa 2030-cu ilədək Rusiyadan idxal etdiyi təbii qazı kənd təsərrüfatı tullantıları ilə əvəzləməyi planlaşdırır.
Digər ölkələr
7 May , 2022 10:33
Fransada Rusiya təbii qazının əvəzedicisi tapılıb

Fransa 2030-cu ilədək Rusiyadan idxal etdiyi təbii qazı kənd təsərrüfatı tullantıları ilə əvəzləməyi planlaşdırır.

“Report” xəbər verir ki, məlumatı “The Independent” yayıb.

Qəzetin yazdığına əsasən, fransalı fermerlər Avropada Rusiya qazına qarşı mübarizəni dəstəkləyərək bioyanacaq istehsalı üzrə müəssisələr qururlar.

Bildirilib ki, 2021-ci ildə biometan Fransanın təbii qaza olan ehtiyacının 1, 2022-ci ildə isə 2 faizini ödəyəcək. 2030-cu ilədək də bu göstərici 20 faizə çatacaq, bu da Rusiyadan qaz idxalının həcmini üstələyir.

Son xəbərlər

Orphus sistemi