Fransada son sutka ərzində daha iki departamentdə quraqlıq səbəbindən sudan istifadəyə məhdudiyyətlər tətbiq edilib və hazırda onların sayı 90-a çatıb.
"Report" BFMTV telekanalına istinadən xəbər verir ki, 39 departamentdə böhran vəziyyəti elan edilib.
Müəyyən ərazilərə təsir edən quraqlığın şiddətindən asılı olaraq, yerli prefektorların əmrləri ilə müxtəlif səviyyəli məhdudiyyətlər, gündüzlər bağların və qazonların suvarılmasına ilkin qadağalardan tutmuş, həm fiziki şəxslər, həm də idarələrdə böhran elan edilmiş qurum və müəssisələr üçün daha sərt tədbirlərə qədər tətbiq edilib.
Söhbət, digər məsələlərlə yanaşı, kənd təsərrüfatı məqsədləri də daxil olmaqla, prioritet olmayan suyun çəkilməsinin dayandırılmasından gedir. Böhran departamentlərində yalnız səhiyyə, mülki təhlükəsizlik, içməli su və kanalizasiya ilə bağlı məqsədlər prioritetlər kimi qeyd olunur.