Beynəlxalq mütəşəkkil dəstənin üzvləri olan 12 erməni və gürcü saxlanılıb

Beynəlxalq mütəşəkkil dəstənin üzvləri olan 12 erməni və gürcü saxlanılıb Elzas adlı beynəlxalq mütəşəkkil dəstəyə daxil olan Gürcüstan və Ermənistan əsilli 12 nəfər Fransanın şərqində Sratsburqda tutulublar.
Digər ölkələr
26 İyun , 2021 12:46
Beynəlxalq mütəşəkkil dəstənin üzvləri olan 12 erməni və gürcü saxlanılıb

Elzas adlı beynəlxalq mütəşəkkil dəstəyə daxil olan Gürcüstan və Ermənistan əsilli 12 nəfər Fransanın şərqində, Strasburqda tutulublar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransa Mərkəzi İctimai Təhlükəsizlik İdarəsindən bildirilib.

Məlumata görə, onların tutulması üçün təhlükəsizlik idarəsi 2 il araşdırma aparıb: “Elzas beynəlxalq mütəşəkkil cinayətkar dəstəyə daxil olan Gürcüstan və Ermənistan əsilli 12 nəfər oğurluğun bütün növləri üzrə ixtisaslaşıblar”.

Bildirilib ki, 2019-cu ildə Aşağı Reyn polis departamenti gürcü qarətçilərdən ibarət iki qrupun üzvlərini saxlayıblar. Onlar başqa qruplarla birlikdə 200-dən artıq oğurluq ediblər. Onların başçısı “qanuni oğru” Strasburqdan Elzas cinayətkar strukturu idarə edirmiş.

Son xəbərlər

Orphus sistemi