Fransada qar uçqunu olub, onlarla insan itkin düşüb

Fransada qar uçqunu olub, onlarla insan itkin düşüb Təbii fəlakət Savoya vilayətinin Tin Val Klar dağ xizək kurortunda baş verib
Digər ölkələr
7 Mart , 2017 14:59
Fransada qar uçqunu olub, onlarla insan itkin düşüb

Bakı. 7 mart. REPORT.AZ/ Alp dağının Fransa ətəklərində qar uçqunu baş verib. 

“Report” “Le Parisen”ə istinadən xəbər verir ki, bu haqda yerli bələdiyyə məlumat yayıb. 

Uçqun nəticəsində onlarla insan itkin düşüb.

İnformasiyaya əsasən, təbii fəlakət Savoya vilayətinin Tin Val Klar dağ xizək kurortunda baş verib. Hadisə yerinə axtarış-xilasetmə heyəti cəlb edilib.

Qeyd edək ki, bu il fevralın 13-də həmin ərazidə qar uçqunu baş verib. Nəticədə 4 xizəkçi ölüb. 

Son xəbərlər

Orphus sistemi