Fransada polisə, məhkəmələrə inam azalıb - SORĞU

Fransada polisə, məhkəmələrə inam azalıb - SORĞU Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ölkə əhalisi arasında sorğu keçirib.
Digər ölkələr
5 mart 2020 16:24
Fransada polisə, məhkəmələrə inam azalıb - SORĞU
google.az

Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ölkə əhalisi arasında sorğu keçirib. 

“Report"un yerli bürosu xəbər verir ki, rəyi soruşulanların 66%-i polisə etimad göstərdiyini bildirib. Halbuki 2018-ci ildə bu rəqəm 74% təşkil edib. 

Bildirilib ki, Fransada “sarı jiletlilər”in və pensiya sistemindəki islahatlara qarşı keçirilən etiraz aksiyaları zamanı 3 nəfər ölüb, 25 nəfər gözündən olmaqla yüzlərlə insan xəsarət alıb. Bu da fransalıların polisə inamının azalmasına səbəb olub.

Eyni zamanda sorğu əhalinin ölkə mətbuatına, banklara, məhkəmələrə və böyük şirkətlərə polisdən də az etimad göstərdiyini ortaya çıxarıb. Belə ki, əhalinin yalnız 28%-i mətbuata inanır. Fransalıların ən az etimad göstərdikləri isə sosial şəbəkə (17%) və siyasi partiyalardır (13%).

Sorğu ölkə əhalisinin ən çox xəstəxanalara (80%) inandıqlarını göstərib.

Son xəbərlər

Orphus sistemi