Fransada pandemiya dövründə koronavirusa rekord yoluxma qeydə alınıb

Fransada pandemiya dövründə koronavirusa rekord yoluxma qeydə alınıb Fransada pandemiya dövründə rekord sayda yoluxma qeydə alınıb.
Digər ölkələr
29 Dekabr , 2021 01:05
Fransada pandemiya dövründə koronavirusa rekord yoluxma qeydə alınıb

Fransada pandemiya dövründə koronavirusa rekord sayda yoluxma qeydə alınıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fransanın Milli İctimai Səhiyyə Agentliyi məlumat yayıb.

Belə ki, son 24 saat ərzində ölkədə 179 807 nəfər koronavirusa yoluxub.

Eyni zamanda qeyd edilir ki, ölkədə əlavə, gücləndirici peyvəndləmə kampaniyası uğurla həyata keçirilir. 23 milyondan çox fransız peyvəndin üçüncü dozasını qəbul edib ki, bu da 7 ay əvvəl vaksin sertifikatı alanların 88%-ni əhatə edir.

Son xəbərlər

Orphus sistemi