Yuxarı
    Bağlamaq

    Fransada kütləvi etiraz aksiyası keçirilir

    Eyfel qülləsi bağlanıb, paytaxt yollarında tıxaclar müşahidə olunur

    Bakı. 31 mart. REPORT.AZ/ Bu gün Fransada əmək qanunvericiliyindəki yeniliklərə qarşı etiraz aksiyasının yeni dalğası keçirilir. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, tətildə ölkədə dövlət məmurları və şirkət əməkdaşları, lisey şagirdləri və tələbələr iştirak edir, yüzminlərlə insan küçələrə çıxıb.

    Nəqliyyat sahəsində işləyənlərin tətili regional qatarlar reyslərinin yarısının ləğvinə və Paris metrosunda qatarlararası fasilənin xeyli böyüməsinə gətirib çıxarıb. Paytaxt yollarında tıxaclar müşahidə olunur.

    Etiraz aksiyası ilə əlaqədar Eyfel qülləsi gün ərzində bağlı olacaq.

    Küçələrə axışmış vətəndaşlar özündə iş saatlarının artırılması və digər qeyri-populyar addımları ehtiva edən əmək qanunvericiliyi yeniliklərinə qarşı çıxır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi