Fransada müsəlmanlara aid mağaza yandırılıb

Fransada müsəlmanlara aid mağaza yandırılıb Fransanın Bon-Encontre şəhərində müsəlmanlara aid mağaza yandırılıb.
Digər ölkələr
31 Yanvar , 2022 12:35
Fransada müsəlmanlara aid mağaza yandırılıb

Fransanın Bon-Encontre şəhərində müsəlmanlara aid mağaza yandırılıb.

“Report” xəbər verir ki, bu barədə yerli “La Depeche” nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində mağaza tamamilə yansa da, xəsarət alan olmayıb.

Fransız deputat Mathilde Panot isə bu barədə tviter səhifəsində paylaşımında müsəlmanlara qarşı nifrətin davam etdiyini bildirib.

Siyasətçi və yazar Tomas Portes isə vurğulayıb ki, cinayətkar ən ağır şəkildə cəzalandırılmalıdırlar.

Son xəbərlər

Orphus sistemi