Fransada miqrant avtomobili polisin üzərinə sürüb

Fransada miqrant avtomobili polisin üzərinə sürüb Avtomobilin içində 6 iraqlı və 3 əfqanlı olub
Digər ölkələr
26 Noyabr , 2017 06:35
Fransada miqrant avtomobili polisin üzərinə sürüb

Bakı. 26 noyabr. REPORT.AZ/ Fransanın şimalındakı Kale şəhərində içərisində miqranların olduğu avtomobil polis əməkdaşlarının üzərinə sürülüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı xəsarət alıb.

Məlumata görə, hadisə post-patrul əməkdaşları avtomobildə yoxlanış keçirmək istəyərkən baş verib. Avtomobildə 6 İraq və 3 Əfqanıstan vətəndaşı olub. Onların Böyük Britaniyaya üz tutduqları bildirilir.

"Le Figaro" isə insident zamanı 1 nəfərin yox, 6 nəfərin xəsarət aldığını xəbər verib..

Kale liman şəhərində Böyük Britaniyaya üz tutan miqrantların ən böyük çadır düşərgəsi yerləşib. Fransanın hakimiyyət orqanları şəhərçiyin ötən il dağıdıldığını desələr də, miqranların Kaleyə axını indiyədək davam edir. 

Son xəbərlər

Orphus sistemi