Fransada mer və həyat yoldaşı həbs edilib

Fransada mer və həyat yoldaşı həbs edilib Fransanın Lövallua Perre şəhərinin merinə vergidən yayındığına görə həbs cəzası verilib.
Digər ölkələr
13 Sentyabr , 2019 17:17
Fransada mer və həyat yoldaşı həbs edilib

Fransanın Lövallua Perre şəhərinin merinə vergidən yayındığına görə həbs cəzası verilib. 

"Report“un Fransa bürosu xəbər verir ki, məhkəmə Patrik Balkanini 4 il müddətinə azadlıqdan məhrum edib və məhkəmə zalında həbs olunub. 

Bundan başqa, merin həyat yoldaşına da üç il həbs cəzası kəsilib. 

Eyni zamanda onlar 10 il müddətinə seçilmək və şirkət idarə etmək hüququndan da məhrum ediliblər. 

Qeyd edək ki, P.Balkani və həyat yoldaşı 4 milyon avro məbləğində vergidən yayınmaqda günahkar bilinirlər. Merə qarşı korrupsiya ittihamına görə daha bir məhkəmə işi oktyabrın 18-də keçiriləcək. O, ittihamlar sübuta yetiriləcəyi təqdirdə, 7 il azadlıqdan məhrum edilə və bütün əmlakı müsadirə oluna bilər. 

Son xəbərlər

Orphus sistemi