Fransada koronavirusa yoluxma kəskin artır

Fransada koronavirusa yoluxma kəskin artır Fransada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.
Digər ölkələr
21 İyul , 2021 03:00
Fransada koronavirusa yoluxma kəskin artır

Fransada COVID-19 xəstəliyinə səbəb olan koronavirus infeksiyasına yoluxanların sayı artmaqda davam edir.

“Report” xəbər verir ki, bu bardə ölkənin Səhiyyə nazirliyi məlumat yayıb.

Belə ki, ötən gün ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 18 181 nəfər artaraq 5 890 062 nəfərə, ölənlərin sayı isə 33 nəfər artaraq 111 525 nəfərə çatıb.

Hazırda müalicəsi davam edən 474 401 xəstədən 2 300 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Çin hökuməti 2019-cu il dekabrın 31-də ölkənin mərkəzi hissəsində yerləşən Hubey əyalətinin Uxan şəhərində naməlum pnevmoniyanın yayılmağa başladığı barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırıb.

Mütəxəssislər xəstəliyə yeni koronavirusun səbəb olduğunu müəyyən edib və sonradan həmin xəstəlik rəsmən COVID-19 adını alıb. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi