Fransada koronavirusa yoluxanların sayı 33 minə yüksəldi

Fransada koronavirusa yoluxanların sayı 33 minə yüksəldi Fransada son sutka ərzində koronavirusdan 299 nəfər vəfat edib.
Digər ölkələr
27 Mart , 2020 22:46
Fransada koronavirusa yoluxanların sayı 33 minə yüksəldi

Fransada son sutka ərzində koronavirusdan 299 nəfər vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Fransanın Səhiyyə üzrə baş direktoru Jerom Salomon bildirib.

O qeyd edib ki, Fransada bu günədək COVID-19 virusundan ölənlərin sayı 1 995 nəfərə çatıb:

“Son 24 saatda ölkədə 3 809yeni yoluxma faktı qeydə alınıb ki, bununla da Fransada koronavirusa yoluxanların sayı 32 964-ə çatıb”.

Qeyd edək ki, Fransada COVID-19 pandemiyası ilə bağlı karantin müddəti aprelin 15-dək uzadılıb. 

Son xəbərlər

Orphus sistemi