Fransada koronavirus qurbanlarının sayı 20 mini ötdü

Fransada koronavirus qurbanlarının sayı 20 mini ötdü Fransada koronavirus epidemiyasının başlanğıcından bu günə qədər 20 mindən çox insan ölüb.
Digər ölkələr
20 Aprel , 2020 21:43
Fransada koronavirus qurbanlarının sayı 20 mini ötdü

Fransada koronavirus epidemiyasının başlanğıcından bu günə qədər 20 mindən çox insan ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə Səhiyyəsi Baş idarəsinin direktoru Jerom Salomon keçirdiyi brifinqdə bildirib.

"Fransada indiki anda 20 255 nəfər COVID-19-dan ölmüş sayılır", - o deyib.

O, qeyd edib ki, xəstəxanalarda 12 513 nəfər COVD-19-dan vəfat edib. Ölkənin sosial və tibbi-sosial müəssisələrində isə 7 752 nəfər virusdan ölüb. 

Salomonun sözlərinə görə, Fransada 114 657 koronavirus xəstəsi var. Son gün ərzində xəstələrin sayı daha 2 min artıb. 

Son xəbərlər

Orphus sistemi