Fransada keçirilən prezident seçkilərində seçici iştirakı 28,23% təşkil edir - FOTO

Fransada keçirilən prezident seçkilərində seçici iştirakı 28,23% təşkil edir - FOTO Bakı vaxtı ilə 22.00-da seçkilərin ilkin nəticələri elan ediləcək
Digər ölkələr
7 May , 2017 16:11
Fransada keçirilən prezident seçkilərində seçici iştirakı 28,23% təşkil edir - FOTO
Report.az

Paris. 7 may. REPORT.AZ/ Bu gün Fransada keçirilən prezident seçkilərinin II turunda seçicilərin iştirakı Bakı vaxtı ilə 14:00-a olan vəziyyətə görə 28,23% təşkil edib.

"Report"un Fransa bürosu xəbər verir ki, səsvermənin təşkili və keçirilməsinə cavabdeh olan ölkənin Daxili İşlər Nazirliyinin rəsmi məlumatında bildirilir.

Məlumata görə, 47 milyon fransalıya seçkilərin II turunda səs vermək üçün çağırış göndərilib və bütün ölkə üzrə 66 min 546 seçki məntəqəsi fəaliyyət göstərir.

Qeyd edək ki, 5 il bundan qabaq eyni saatda bu rəqəm 30,66%, 2002-ci ildə 26,19% olsa da, 2007-ci ildə bu göstərici 34,11 %-ə çatıb.

Bakı vaxtı ilə 22.00-da seçkilərin ilkin nəticələri elan ediləcək.

Son xəbərlər

Orphus sistemi