Fransada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

Fransada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb Prezident Makronun partiyası liderlik edir
Digər ölkələr
11 İyun , 2017 23:08
Fransada keçirilən parlament seçkilərinin ilkin nəticələri açıqlanıb
Foto: Associated Press

Bakı. 11 iyun. REPORT.AZ/ Fransa prezidenti Emmanuel Makron tərəfindən yaradılan "İrəli, Respublika!" hərəkatı ölkənin Milli Məclisinə (Parlamentin aşağı palatası) keçirilən seçkilərdə liderlik edir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ölkədə səsvermənin təşkili və onlara yekun vurulmasına cavabdeh olan Daxili İşlər Nazirliyinin açıqladığı ilkin nəticələrə əsasən, Makronun hərəkatının namizədləri ölkə üzrə 26,6% səs toplayıb.

Böyük müxalifət partiyası olan "Respublikaçılar" 16,4%, Marin Le Penin "Milli Cəbhə"si isə 14,4% səs toplayıb.

Son xəbərlər

Orphus sistemi