Fransada katolik keşiş qətlə yetirilib

Fransada katolik keşiş qətlə yetirilib Fransada katolik kilsəsinin keşişi qətlə yetirilib.
Digər ölkələr
9 Avqust , 2021 15:51
Fransada katolik keşiş qətlə yetirilib

Fransada katolik kilsəsinin keşişi qətlə yetirilib.

“Report” xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jerald Darmanen tviter hesabında yazıb.

Onun yazdığına əsasən, hadisə Fransanın qərbindəki Vandey bölgəsində baş verib.

“Vandeydə keşişin faciəvi qətlindən sonra ölkəmizdəki bütün katolikləri dəstəkləyirəm. Mən hadisə yerinə gedirəm”, - deyə nazir bildirib.

Yerli media xəbər verir ki, 2020-ci ildə Nant şəhərində kilsəni yandırmaqda şübhəli bilinən, Ruandadan olan qaçqın avqustun 9-da jandarmeriya idarəsinə gedərək keşişi öldürdüyünü etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi