Fransada karantin rejimini pozanlar 360 min avroya yaxın cərimələndi

Fransada karantin rejimini pozanlar 360 min avroya yaxın cərimələndi Fransada son iki həftədə karantin rejiminin pozulmasına görə yazılan cərimənin məbləği açıqlanıb.
Digər ölkələr
1 Aprel , 2020 12:07
Fransada karantin rejimini pozanlar 360 min avroya yaxın cərimələndi

Fransada son iki həftədə karantin rejiminin pozulmasına görə yazılan cərimənin məbləği açıqlanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Kristofer Kastaner bildirib. 

Nazirin sözlərinə görə, martın 17-dən başlayaraq karantin rejiminə riayət etməməyə görə 359 min avro cərimə yazılıb. K.Kastaner bildirib ki, polis ümumilikdə 5,8 milyon vətəndaşı saxlayıb.

Qeyd edək ki, hərəkət məhdudiyyətini pozanlara qarşı cərimə 135 - 3 750 avro arasıdır.

Qeyd edək ki, Fransada koronvirusa yoluxanların rəsmi sayı 52,1 mindən çoxdur. Virus qurbanlarının sayı isə 3 500-ü ötüb.

Son xəbərlər

Orphus sistemi