Fransada karantin rejimini pozan on minlərlə insan cərimələndi

Fransada karantin rejimini pozan on minlərlə insan cərimələndi Fransada karantin rejimini pozduğuna görə 91 mindən çox insan cərimələnib.
Digər ölkələr
23 Mart , 2020 04:14
Fransada karantin rejimini pozan on minlərlə insan cərimələndi

Fransada karantin rejimini pozduğuna görə 91 mindən çox insan cərimələnib.

“Report”un Fransa bürosu xəbər verir ki, bu barədə ölkənin mülki təhlükəsizlik və böhranların tənzimlənməsi üzrə baş direktoru Alən Thirion bildirib.

O, qeyd edib ki, karantin rejiminin ilk günündən keçən 6 gün ərzində aparılan 1 738 907 yoxlama zamanı qaydalara riayət etməyərək evdən əsaslandırılmamış şəkildə çıxdıqları üçün 91 824 nəfər cərimə olunub.

Təkcə son gün ərzində 375 000 şəxs yoxlanılıb və 22 574 cərimə yazılıb.

Bu gündən etibarən Fransada karantin rejiminin qaydaları daha da ciddiləşdirilib. Bundan sonra 15 gün ərzində iki dəfə qaydaları pozan şəxslər 135 avro əvəzinə 1 500 avro ödəməli olacaqlar. 30 gün ərzində 4 dəfə qanun pozuntusuna yol verən şəxsi isə 3 700 avro cərimə və 6 ay həbs cəzası gözləyir.

Xatırladaq ki, Fransada koronavirusa yoluxanların sayı 16 018 nəfər, ölənlərin sayı 674 nəfərdir. Martın 17-dən etibarən ölkədə karantin rejimi tətbiq olunub. Karantin rejiminin ilk günündən tətbiq olunan aidiyyəti qaydalar bir neçə dəfə sərtləşdirilib. İlk gün cərimənin miqdarı yalnız 35 avro idi.

Son xəbərlər

Orphus sistemi