Fransada insanları girov saxlayan şəxs polisə təslim oldu

Fransada insanları girov saxlayan şəxs polisə təslim oldu Fransada bir neçə nəfəri girov götürən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub.
Digər ölkələr
7 Avqust , 2020 01:14
Fransada insanları girov saxlayan şəxs polisə təslim oldu
0 : 00
0 : 00

Fransada bir neçə nəfəri girov götürən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına təslim olub.

“Report”un məlumatına görə, bu barədə polisin həmkarlar ittifaqına istinadən “Reuters” bildirib.

Qeyd edək ki, hadisə ötən gün Havr şəhərində baş verib. Silahlı kişi banklardan birində 5 nəfəri girov götürüb. O, çoxsaylı tələblər irəli sürüb. Həmin tələblərin nədən ibarət olduğu açıqlanmırdı.

Silahlı şəxs bir qədər sonra girovların ikisini sərbəst buraxmışdı. Polis 34 yaşlı kişinin psixi problemlərinin olduğunu bildirirdi. Hadisə zamanı heç bir girov xəsarət almayıb. 

Əraziyə polis əməkdaşları cəlb edilib və təhlükəsizlik tədbirləri görülüb.

Son xəbərlər

Orphus sistemi