​Fransada insanları girov götürən terrorçular polisə mesaj yollayıb

​Fransada insanları girov götürən terrorçular polisə mesaj yollayıb "Şəhid olmaq istəyirik"
Digər ölkələr
9 Yanvar , 2015 14:56
​Fransada insanları girov götürən terrorçular polisə mesaj yollayıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Fransanın cənub-şərqində 10-dan çox adamı girov götürdüyü iddia edilən terrorçular polisə mesaj yollayıb.

"Report" "Le Fiqaro"ya istinadən xəbər verir ki, terrorçular mesajlarında bildirib: "Təslim olmayacağıq. Şəhid olmaq istəyirik. Ölməyə hazırıq".

Onların Şərif və Səid Kuaşi qardaşları olduğu da təsdiqlənib.

Fransa prezidenti Fransua Olland baş verən hadisəyə bağlı münasibət bildirib: "Hücum edənlər hələ ki, tutulmayıb. Əməliyyat davam edir. Bütün xalqa müraciət edərək, deyirəm, hamımız bir yerdə olmalıyıq", - Olland müraciətində deyib.

Son xəbərlər

Orphus sistemi