Fransada hərbçilərin olduğu bir neçə avtobus qəzaya uğrayıb

Digər ölkələr
  • 20 mart, 2025
  • 05:09
Fransada hərbçilərin olduğu bir neçə avtobus qəzaya uğrayıb

Fransa Respublika Qvardiyasının üzvlərini daşıyan 4 avtobus İvelin departamentində qəzaya düşüb.

"Report"un BFMTV kanalına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 30-dan çox insan xəsarət alıb.

İlkin məlumata görə, toqquşma Parisdən 46 km cənubda, A13 şossesində avtobuslar kolonuna qoşulmağa çalışan minik avtomobilinin sürücüsünün təqsiri ucbatından baş verib. Nəticədə onlardan biri qəfil əyləci basmağa məcbur olub və nəticədə arxadan gələn avtobuslar ona çırpılıb.

Toqquşan avtobuslarda 119 nəfər olub, onlardan 35-i yüngül xəsarət alıb. Daha bir nəfər isə daha ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə 40-dan çox xilasedici gəlib, qəzanın nəticələri aradan qaldırılarkən magistralın bir neçə hərəkət zolağı bağlanıb.