Fransada hava şarı elektrik xəttinə ilişib, xəsarət alanlar var

Fransada hava şarı elektrik xəttinə ilişib, xəsarət alanlar var Fransanın cənubunda hava şarının yüksək gərginlikli elektrik xətti ilə toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.
Digər ölkələr
25 iyun 2023 15:51
Fransada hava şarı elektrik xəttinə ilişib, xəsarət alanlar var

Fransanın cənubunda hava şarının yüksək gərginlikli elektrik xətti ilə toqquşması nəticəsində 7 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “La Provence” qəzeti məlumat yayıb.

Hadisə Yuxarı Provens Alpları departamentinin Valensol kommunası yaxınlığında baş verib. Ən ağır xəsarətləri şarı idarə edən 45 yaşlı kişi alıb, onu tok vurub. Digər altı sərnişin - üç qadın və üç kişi yüngül xəsarət alıblar.

Qəza keçirən şəxslərin xilas edilməsi əməliyyatına 15-ə yaxın xilasedici və təcili yardım briqadası cəlb olunub. İlkin məlumata görə, insidentə səbəb texniki nasazlıq olub və pilot təcili manevr etməli olub.

Son xəbərlər

Orphus sistemi