Fransada futbolçu və qardaşı güllələnərək qətlə yetirilib

Fransada futbolçu və qardaşı güllələnərək qətlə yetirilib Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub
Digər ölkələr
7 Oktyabr , 2017 14:32
Fransada futbolçu və qardaşı güllələnərək qətlə yetirilib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Fransada “Qrini YS” futbol klubunun 28 yaşlı oyunçusu Muddi Silla və onun qardaşı 26 yaşlı Samba aldıqları güllə yarasından yerli xəstəxanada ölüblər.

“Report” “Actualites”ə istinadən xəbər verir ki, qardaşlar oktyabrın 5-də güllələniblər. Onlar xəstəxanaya yerləşdiriliblər və orada ölüblər.

Məlumata görə, Muddi Sillanın ölümü ilə əlaqədar “Qrini” komandasının iştirakı ilə keçirilən Fransa Kuboku uğrunda 5-ci mərhələnin iki oyunun tarixi dəyişdirilib . Oyunun tarixi barədə məlumatın veriləcəyi bildirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub.

Son xəbərlər

Orphus sistemi