Fransada etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub Bakı. 27 yanvar. REPORT.AZ/ Şənbə günü Parisdə keçirilən sarı jiletlilərin etiraz aksiyaları zamanı 50-dən çox adam saxlanılıb.
Digər ölkələr
27 Yanvar , 2019 02:44
Fransada etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq olunub

Bakı. 27 yanvar. REPORT.AZ/ Şənbə günü Parisdə keçirilən "sarı jiletlilər"in etiraz aksiyaları zamanı 50-dən çox adam saxlanılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə polis prefekturasına istinadən BFMTV telekanalı məlumat yayıb.

Bildirilir ki, yerli vaxtla 18.00-a olan məlumata görə, 52 nəfər saxlanılıb.

Hazırda nümayişçilər Respublika meydanına toplaşılar, burada "sarı gecə" olacaq.

Telekanal əməkdaşının sözlərinə görə, meydanda polis və etirazçlar arasında toqquşma baş verib, nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq olunub.

Fransada etirazçılar polis məntəqəsinə daxil olublar.

Son xəbərlər

Orphus sistemi