Yuxarı
    Bağlamaq

    ​Fransada etiraz aksiyasının iştirakçıları polis avtomobilini yandırıb

    Polis əməkdaşları maşını tərk etməyə imkan tapıblar

    Bakı. 18 may. REPORT.AZ/ Parisdə keçirilən etiraz aksiyasının iştirakçıları polis avtomobilini yandırıblar.

    "Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

    Xəbərə görə, hadisədən əvvəl avtomobildə iki polis əməkdaşı olub. Yanğın törədilən zaman polis əməkdaşları maşını tərk etməyə imkan tapıblar. Nəticədə xəsarət alan olmayıb.

    Ötən gecə Lion şəhərində Fransanın əmək qanunvericiliyinə nəzərdə tutulan islahatlar əleyhinə keçirilən nümayişlərdə beş polis əməkdaşı xəsarət alıb.

    Xatırladaq ki, əmək qanunvericiliyinə dəyişikliklər edilməsi səbəbindən son iki ayda ölkənin iri şəhərlərində mütəmadi tətillər keçirilir. Etiraz aksiyaları iğtişaşlarla müşayiət olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi