Fransada etiraz aksiyaları zamanı xəsarət alanların sayı 400 nəfəri ötüb

Fransada etiraz aksiyaları zamanı xəsarət alanların sayı 400 nəfəri ötüb Bakı. 19 noyabr. REPORT.AZ/ Fransada benzinin qiymətinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı xəsarət alanların sayı 400 nəfəri ötüb.
Digər ölkələr
19 Noyabr , 2018 11:42
Fransada etiraz aksiyaları zamanı xəsarət alanların sayı 400 nəfəri ötüb
Reuters
0 : 00
0 : 00

Bakı. 19 noyabr. REPORT.AZ/ Fransada benzinin qiymətinin artmasına qarşı keçirilən etiraz aksiyaları zamanı xəsarət alanların sayı 400 nəfəri ötüb.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Aksiyalar zamanı, təqribən, 300 nəfər saxlanılıb, onlardan 157 nəfər həbs olunub.

Məlumata görə, etiraz aksiyalarında ölkə üzrə, təxminən, 288 min nümayişçi iştirak edib.

Qeyd edək ki, nümayişlər noyabrın 17-də başlayıb, noyabrın 18-də də qismən davam edib.

Daha əvvəl aksiyalar zamanı 200-ə yaxın insanın xəsarət aldığı bildirilirdi.

Fransanın Baş naziri Eduar Filip avtomobil yanacağının qiymətinin artmasına səbəb olan istixana qazı tullantısına qoyulan verginin ləğv olunmayacağını bəyan edib.

Son xəbərlər

Orphus sistemi