Fransada ekstremistlər Eyfel qülləsini partlatmaq istəyiblər

Fransada ekstremistlər Eyfel qülləsini partlatmaq istəyiblər Monpelyedə saxlanılan şəxslər Fransa hərbçilərinə hücum etməyi planlaşdırıblar
Digər ölkələr
14 Fevral , 2017 01:57
Fransada ekstremistlər Eyfel qülləsini partlatmaq istəyiblər

Bakı. 14 fevral. REPORT.AZ/ Fevralın 10-da Fransanın Monpelye şəhərində tutulan gənc oğlan və 16 yaşlı qız Eyfel qülləsində və ya ölkənin digər turizm əhəmiyyətli obyektləri ərazisində terror aktı törətməyi planlaşdırıblar.

"Report" xəbər verir ki, bu barədə istintaqa yaxın mənbəyə istinadən "L'Express" jurnalı yazıb.

"Onlar Eyfel qülləsi yanında və ya onun mərtəbələrində terror aktı törədərək insanlarda qorxu hissi yaratmaq niyyətində olduqlarını iddia ediblər. Onlar, həmçinin Fransanın cənubunda digər hədəflərə, xüsusilə hərbçilərə hücum etmək imkanını nəzərdən keçiriblər", - deyə mənbə bildirib.

Polis tərəfindən onların qaldığı mənzildə aparılan axtarış zamanı 70 qram əldəqayırma partlayıcılar, həmçinin onun istehsalı üçün istifadə olunan maddələr aşkar olunub.

Son xəbərlər

Orphus sistemi