Fransada əhalinin narazılığına səbəb olan vergilər ləğv olunmayacaq

Fransada əhalinin narazılığına səbəb olan vergilər ləğv olunmayacaq Bakı. 19 noyabr. REPORT.AZ/ Fransada avtomobil yanacağının qiymətinin artmasına səbəb olan istixana qazı tullantısına qoyulan vergi ləğv olunmayacaq.
Digər ölkələr
317
19 Noyabr , 2018 07:58
Fransada əhalinin narazılığına səbəb olan vergilər ləğv olunmayacaq

Bakı. 19 noyabr. REPORT.AZ/ Fransada avtomobil yanacağının qiymətinin artmasına səbəb olan istixana qazı tullantısına qoyulan vergi ləğv olunmayacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü ölkənin baş naziri Eduar Filipp "France-2" telekanalının efirində şənbə və bazar günləri Fransanı bürüyən benzin və dizel yanacağının qiymətinin artımı, həmçinin vergi yükünun artırılmasına qarşı keçirilən etiraz aksiyalarına münasibət bildirərkən deyib.

"İstixana qazı tullantılarına tətbiq edilən vergi qalacaq. Ekologiyanın qorunması istiqamətində tutduğumuz yol düzgündür və bundan dönməyəcəyik", - deyə baş nazir əlavə edib.

O eyni zamanda etiraf edib ki, ölkədə baş verənlərə biganə də yanaşmaq olmaz və onların da bir çox xüsusiyyətləri var.

"Şənbə günü telereportajlara baxarkən, bu aksiyaların qeyri-adi mahiyyətindən heyrətə gəldim, çünki onlara cəlb olunmuş fransalıların bir çoxu nümayişlərdə birinci dəfə idi ki, iştirak edirdilər. Digər qeyri-adi amil isə o oldu ki, bu hərəkatın aşkar lideri yox idi. Bu nümayişlərin başqa bir xüsusiyyəti ondan ibarətdir ki, biz təkcə qəzəb deyil, həm də insanların məyusluğunu, onların perspektivinin olmamasını görürük", - deyə baş nazir bildirib.

Bundan əvvəl Fransada etirazlar zamanı 200-dən çox insan xəsarət aldığı məlum olub.

Son xəbərlər

Orphus sistemi