Bakı. 3 mart. REPORT.AZ/ Fransanın Kale şəhərində İrandan olan 8 miqrant qaçqın düşərgələrinin sökülməsinə qarşı çıxaraq ağızlarını qismən tikiblər.
"Report" "The Mirror"a istinadən xəbər verir ki, baş verənlərin şahidi olan könüllülərdən ibarət cəmiyyət nümayəndələrinin sözlərinə görə, miqrantlar onların komaları dağıdıldıqdan sonra ağızlarını tikmək qərarına gəliblər.
Düşərgənin dağıdılmasına etiraz edən qaçqınlar ərazidə yürüş edərək əllərində hakimiyyətin qərarını pisləyən plakatlar tutublar.