Fransada doqquz il ərzində 70-dən çox terror aktının qarşısı alınıb

Fransada doqquz il ərzində 70-dən çox terror aktının qarşısı alınıb "Fransa Daxili İşlər Nazirliyi 2015-ci ildən bəri 74 terror cəhdinin qarşısını alıb".
Digər ölkələr
1 Aprel , 2024 04:44
Fransada doqquz il ərzində 70-dən çox terror aktının qarşısı alınıb

"Fransa Daxili İşlər Nazirliyi 2015-ci ildən bəri 74 terror cəhdinin qarşısını alıb".

"Report" xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen “LCI” telekanalında deyib.

“İlin əvvəlindən Fransada üç, 2015-ci ildən isə ümumilikdə 74 terror aktının qarşısı alınıb”,- deyə o qeyd edib.

Martın 29-da Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi 2024-cü il Yay Olimpiya Oyunlarının açılış mərasiminin hazırkı formatının terror təhlükəsi ilə əlaqədar bir çox risklər yaratdığı barədə fikir bildirib.

Son xəbərlər

Orphus sistemi