Fransada deputatlar hökumətə etimadsızlıq haqqında qətnaməni rədd ediblər

Digər ölkələr
  • 11 iyul, 2022
  • 19:42
Fransada deputatlar hökumətə etimadsızlıq haqqında qətnaməni rədd ediblər

Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları Baş nazir Elizabet Bornun rəhbərlik etdiyi hökumətə etimadsızlıq barədə qətnaməni dəstəkləməyiblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu səsvermədən sonra Nümayəndələr Palatasının spikeri Yael Bron-Pive deyib.

"Qərar layihəsinin lehinə 577 deputatdan 146-sı səs verib. Beləliklə, sənədin qəbulu üçün lazımi səs çoxluğu əldə olunmayıb", - o bildirib.

Qətnamə layihəsi Sosialist Partiyasını, Kommunist Partiyasını və “Avropa-Ekologiya-Yaşıllar” alyansını birləşdirən Yeni Xalq Ekoloji və Sosial İttifaqı adından təqdim edilib.