Fransada COVID-19 xəstələrinin sayı 160 mini ötdü

Fransada COVID-19 xəstələrinin sayı 160 mini ötdü Fransada son sutka ərzində koronavirusa daha 641 yoluxma qeydə alınıb.
Digər ölkələr
21 İyun , 2020 02:01
Fransada COVID-19 xəstələrinin sayı 160 mini ötdü

Fransada son sutka ərzində koronavirusa daha 641 yoluxma qeydə alınıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Sante publique" sanitar agentliyi bildirib.

Qeyd edilir ki, bununla da COVID-19 xəstələrinin ümumi sayı 160 min nəfəri ötüb.

Qərbi Avropa ölkəsində koronavirusdan ölənlərin ümumi sayı 29 633 nəfərə çatıb, onlardan 19 176-sı xəstəxanalarda ölüblər. Məlumata görə, son 24 saatda xəstəxanalarda daha 19 nəfər vəfat edib.

Hazırda ölkənin xəstəxanalarında 9 837 nəfər təhlükəli infeksiyadan müalicə edilir, onlardan 715-i reanimasiya şöbələrindədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Son xəbərlər

Orphus sistemi