Fransada COVID-19 pasiyentlərinin sayı 103 minə çatır

Fransada COVID-19 pasiyentlərinin sayı 103 minə çatır Fransada koronavirusa yoluxan xəstələrdən 933 nəfəri xəstəxanaların reanimasiya şöbələrində müalicə olunur.
Digər ölkələr
11 İyun , 2020 04:40
Fransada COVID-19 pasiyentlərinin sayı 103 minə çatır

Fransada koronavirusa yoluxan xəstələrdən 933 nəfəri xəstəxanaların reanimasiya şöbələrində müalicə olunur.

“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, virusa yoluxma nəticəsində ölənlərin sayı 30 min nəfərə çatır.

"Martın 1-dən Fransada 29 319 insan ölüb. Onlardan 18 935 nəfəri xəstəxanalarda vəfat etdi", - nazirlikdə bildiriblər.

Nazirliyin məlumatına görə, hazırda Fransa xəstəxanalarında 11 678 insan müalicə edilir. Onlardan 933 nəfəri reanimasiyalardadır.

Fransada pandemiyanın əvvəlindən xəstəxanalara COVID-19 diaqnozu ilə 102,9 mindən çox insan yerləşdirilib. Qərbi Avropa ölkəsində virusa yoluxmuş demək olar 72 min pasiyent sağalıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

ÜST fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi