Fransa əks-kəşfiyyatı kosnpirologiya nəzəriyyələrinin nüfuzlu tərəfdarı Remi Dayeni dövlət çevrilişinə hazırlıq işi üzrə saxlayıb.
“Report” xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən BFMTV telekanalı bildirib.
Qeyd edilir ki, saxlanılma formal xarakter daşıyır, çünki Daye iyundan başlayaraq, Miya adlı qızın rezonans doğuran oğurluğunda əlbir olmaq ittihamı üzrə istintaq təcridxanasındadır.
Bildirilir ki, Daye çərşənbə axşamı öz kamerasından çıxarılıb və Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) əməkdaşlarının sərəncamına verilib. Həminki iş çərçivəsində 67 yaşlı katibə Jinett J də saxlanılıb.
Müstəntiqlər Dayenin "Şərəf və millət" ultrasağ qrupla əlaqələrindən şübhələnirlər. Qrupun üzvləri bir sıra obyektlərə hücum hazırlayırdılar. Onların fikrincə, Daye bu layihələrin beyin mərkəzi kimi çıxış edə bilər.
Şübhəli şəxsin vəkili Jan-Kristof Basson-Larbi telekanala verdiyi açıqlamada Dayenin "Şərəf və millət" qrupu və orada hazırlanan layihələrlə heç bir əlaqəsi olmadığını söyləyib. Onun sözlərinə görə, hakimiyyət bu yolla siyasi məhbus Dayenin həbs müddətini uzatmaq istəyir.