Fransada bir gündə 27 nəfər koronavirusdan öldü

Fransada bir gündə 27 nəfər koronavirusdan öldü Fransada koronavirus infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb.
Digər ölkələr
11 İyun , 2020 23:17
Fransada bir gündə 27 nəfər koronavirusdan öldü

Fransada koronavirus infeksiyasına 143 yeni yoluxma faktı qeydə alınıb.

“Report” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 103 067 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 72 149nəfər müalicə olunaraq sağalıb, 29 346 nəfər vəfat edib.

Bildirilib ki, 11 465 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 903 nəfərin vəziyyəti ağırdır. 

Son xəbərlər

Orphus sistemi