Fransada bioyanacaq istehsal edən zavodda partlayış olub

Fransada bioyanacaq istehsal edən zavodda partlayış olub Fransada bioyanacaq istehsal edən zavodda partlayış baş verib.
Digər ölkələr
10 Aprel , 2024 23:44
Fransada bioyanacaq istehsal edən zavodda partlayış olub

Fransada bioyanacaq istehsal edən zavodda partlayış baş verib.

"Report"un məlumatına görə, bu barədə "France Info" radiostansiyası məlumat yayıb.

Hadisə ölkənin cənubundakı Herault departamentindəki bioyanacaq zavodunda qeydə alınıb.

Partlayışdan sonra bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O tibb müəssisəsinə helikopterlə aparılıb.

Zavodda olan 200-ə yaxın insan təxliyə edilib.

Partlayışdan sonra yanğın başlayıb və o, hazırda lokallaşdırılıb.

Hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi